Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi - YENİLƏNDİ
Bizi izləyin

Region

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi - YENİLƏNDİ

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı xəbərlər yalandır.

Publika.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi Əhmədinejadın ofisinə istinadla məlumat yayıb.

"Cənab Əhmədinejadın ölümü ilə bağlı internetdə yayılan xəbərlər həqiqətə uyğun deyil", - Ofisdən bildirilib.

Xatırladaq ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Tehranda küçədə öldürülməsi ilə bağlı məlumatlar bir neçə İran KİV-də yayılıb və sosial şəbəkələrdə yayılıb.

xxx

21:00

İranın yeganə yəhudi əsilli keçmiş prezidenti Mahmud Əhmədinejad öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, eks-prezidentə küçədə atəş açılıb.

İdda edilib ki, ona atəş İsrail agentləri tərəfindən açılıb.

İranlı rəsmilər hələlik məlumatı təsdiqləməyiblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm