Tehranda güclü partlayışlar baş verdi - VİDEO
Bizi izləyin

Region

Tehranda güclü partlayışlar baş verdi - VİDEO

İsrail ordusunun hava hücumlarından sonra Tehranda güclü partlayışlar baş verib.

Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, partlayışdan sonra şəhərdə güclü yanğın qeydə alınıb.

Bundan əvvəl İsrail ordusu Tehranın 18-ci rayonundan dinc sakinlərin təxliyyəsi ilə bağlı əmr verib. Hərbçilər bu ərazidə yerləşən SEPAH bazasına, o cümlədən anqarlara, anbarlara və bəzi sənaye obyektlərinə zərbələr endirmək niyyətindədilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm