İranın danışıqlara başlamaq üçün şərti bəllidir: ABŞ-a çatdırıldı
Bizi izləyin

Region

İranın danışıqlara başlamaq üçün şərti bəllidir: ABŞ-a çatdırıldı

İsrailin hücumu davam etdiyi müddətdə Tehran heç kimlə danışıqlar aparmayacaq.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb: “Mövcud şəraitdə sionist rejimin İrana hücumları davam etdiyi bir vaxtda biz heç kimlə danışıqlar aparmaq istəmirik”.

Əraqçinin sözlərinə görə, ABŞ İrana “ciddi mesajlar” verib. Diplomatik departamentin rəhbəri qeyd edib ki, Tehran cavab olaraq açıq şəkildə bildirib ki, İsrailin zərbələri dayandırılmayana qədər “dialoq və diplomatiyadan söhbət gedə bilməz”.

Bundan əvvəl məlum olub ki, İsraillə münaqişə başlayandan sonra Əraqçi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla bir neçə dəfə birbaşa telefon danışığı aparıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm