Region
İrəvan Karapetyanı Bakıya təhvil verəcək? – Paşinyanın komandasından açıqlama gəldi

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının biznesmen və “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanı Azərbaycana təhvil verə biləcəyi ilə bağlı iddialar tamamilə cəfəngiyatdır.
Publika.az xəbər verir ki, bunu iyunun 20-də Milli Assambleyada ənənəvi brifinqlər zamanı hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan deyib.
"Bu iddia, heç bir şərhə belə layiq deyil", - Ayrapetyan deyib.
Hakim partiyadan olan digər deputat Vladimir Vardanyan da bu narahatlığı şərh etməyib.
"Mən heç vaxt sui-qəsd nəzəriyyələrinə inanmamışam və heç kimin də onlara inanmasını istəmirəm", - deputat əlavə edib.
Xatırladaq ki, Samvel Karapetyan hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlarda ittiham olunaraq həbs edilib.
Qeyd edək ki, Azərbaycan 2021-ci ildə Dağlıq Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa verib. Həmin şirkət rəhbərləri arasında Samvel Karapetyan da olub.
Tural

-
Dünya16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO
-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?