Region
Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik - Türkiyə XİN

“Türkiyə ABŞ-ın İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır. Davam edən hadisələr regional münaqişənin qlobal səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi yayınladığı bəyanatda deyilir.
Qeyd olunub ki, Türkiyə İsrailin bölgədə təcavüzü ilə başlayan münaqişənin genişlənməsi və təhlükəsizlik mühitinin sabitliyinin pozulması riskinə hər zaman diqqət çəkib. ABŞ-nin bu gün (22 iyun) İranın nüvə obyektlərinə hücumu riski maksimum dərəcədə artırıb.
"Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə, hücumları indidən dayandırmağa və daha çox insan itkisi və dağıntıya səbəb ola biləcək addımlardan qaçmağa çağırırıq. İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardır. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həllin tapılması səylərini dəstəkləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.
Türkiyənin bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.

-
Magazin206:16
Məşhur aktyor aparıcı sevgilisi ilə nişanlandı - FOTO
-
Magazin103:13
Bu da "Göyçək Fatimə"nin sökdürüb yenidən tikdirdiyi dəbdəbəli BAĞ EVİ - VİDEO
-
Hadisə01:11
Ayın 8-i KABUSU - Ailənin 5-ci üzvü də öldü
-
Art00:30
Aşıq Əhlimanla bağlı ÜZÜCÜ XƏBƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Potensial kritik anlar var
-
Hadisə8 İyul 23:48
Faciəvi şəkildə həlak olan Nuranə ilə bağlı daha bir açıqlama - 10 il əvvəl... / VİDEO
-
ABŞ8 İyul 22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop8 İyul 21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək