Region
Biz indi kiminlə masaya oturacağımızı bilmirik - Əraqçi

İstanbulda bölgədə sülhə yönəlmiş bir sıra müzakirələrimiz oldu. Lakin anidən nüvə obyektlərimizə zərbələr endirildi. Bu, son dərəcə ağrılı və daha əvvəl görülməmiş bir hücum idi.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51 ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, BMT ölkəsi olaraq İran öz haqqını qorumaq hüququna sahibdir:
"İran İslam Respublikası ərazi bütövlüyünü və xalqını qorumağa davam edəcək. BMT-nin Nizamnaməsinə uyğun olaraq, İranın burada öz haqlarını qorumaq hüququ var və rəsmi Tehran onu qorumaq üçün hər cür tədbiri görəcək".
Beynəlxalq ictimaiyyətin bu cür yanaşmaya səssiz qalmasının BMT Nizamnaməsini və beynəlxalq hüququn normalarını pozduğunu qeyd edən İranın XİN başçısı deyib:
“BMT təcili toplantı keçirərək bu hücumu dəyərləndirilməlidir. Bu, dialoq səviyyəsində olan məsələyə edilən hücumdur. İranı yalnız ABŞ-ın hərbi təcavüzünə qarşı deyil, həm də İsrailin hücumlarına qarşı qoruyacağıq. İrana “diplomatiyaya qayıdın” çağırışı etmək artıq çox da məna kəsb etmir. Biz indi kiminlə masaya oturacağımızı bilmirik. Nüvə obyektlərimizə dəyən zərərin həcmi ilə bağlı hələlik açıqlama vermək çətindir”.

-
Magazin122:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB