Region
Pezeşkian Makronu çətin sual qarşısında qoydu - “Siz nə edərdiniz?”

"ABŞ İrana təcavüzünə cavab almalıdır".
Publika.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel Makronla söhbəti zamanı deyib.
"ABŞ bizə hücum etdi. Bənzər vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, onlar cavab almalıdırlar", - Pezeşkian fransalı həmkarının təmkinlilik çağırışını şərh edərkən deyib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edirdi.
İranın Fordo zavodunun yalnız qismən zədələndiyini iddia etsə də, ABŞ prezidenti deyib ki, İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib.
Hüseyn İbadlı

-
MDB21:00
Azərbaycan diasporunun lideri Rusiyada SAXLANILDI
-
Hadisə20:40
Cəlilabadda baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Dünya19:48
Uzun çənəsi ilə dünyanı "fəth etdi" - FOTO
-
İdman19:00
Qvardiolanın komandasına yeni məşqçi qoşuldu - Görün kimdir
-
Magazin118:36
Emin Türkiyəni helikopterlə izlədi - VİDEO
-
Region17:55
Erməni konyakı Rusiya bazarlarından yığışdırılır: Tərkibində görün nə çıxıb
-
MDB16:42
Moskva su altında qaldı - FOTO/VİDEO
-
İdman15:50
"Siti"nin ulduzunun cazibədar həyat yoldaşı - FOTOLAR