Region
Türkiyə XİN-dən Dəməşqdə törədilən terror aktı ilə bağlı BƏYANAT

Dəməşqdəki kilsədə törədilən terror aktı Suriyada sabitlik və təhlükəsizliyin təmini ilə bağlı səyləri hədəfə alır, əmin-amanlığı və sülhü pozmaq məqsədi güdür.
Publika.az xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Suriyanın Dəməşq şəhəri yaxınlığındakı Müqəddəs Elias kilsəsində törədilən partlayışla bağlı açıqlamasında yer alıb.
Türkiyə XİN Suriya rəhbərliyinin və xalqının birlik və həmrəyliyini qoruyacağına, ölkədə xaos yaratmaq istəyən terror təşkilatları ilə mübarizəni qətiyyətlə davam etdirəcəyinə inamını ifadə edib. Bildirilib ki, Türkiyə, Suriya xalqının yanında olmağa və hər cür dəstəyi göstərməyə davam edəcək.
Nazirlik hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və Suriya xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib.

-
Magazin122:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB