Region
İstanbuldakı İsrail konsulluğuna onlar hücum edib - Adlar məlum oldu
Türkiyə xüsusi xidmət orqanları İsrailin İstanbuldakı Baş Konsulluğu yaxınlığında baş verən silahlı insidentlə bağlı məlumat yayıb.Belə ki, hücumda iştirak edən şəxslərin kimliyi müəyyən edilib.
Publika.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, hadisəni törədənlər Yunus Emre Şarban, eləcə də Onur və Enes Çelik qardaşları olub. Dəqiqləşdirilmiş məlumata əsasən, atışma zamanı Çelik qardaşları yaralanaraq polis tərəfindən saxlanılıb, Şarban isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, Şarban hələ 2018-ci ildə İŞİD-lə əlaqələrə görə istintaqa cəlb edilib və qruplaşmanın maliyyələşdirilməsində şübhəli bilinib. Həmin dövrdə onun avtomobilində aparılan axtarış zamanı təbliğat materialları və hərbi təyinatlı avadanlıqlar aşkarlanıb. Telefonunda isə İŞİD üzvü ilə yazışmalar tapılıb. Yazışmalarda silah əldə edilməsi və partlayıcı qurğu ilə hücum planları müzakirə olunub. Buna baxmayaraq, məhkəmə onu bəraətlə buraxıb və yalnız müvəqqəti olaraq bank hesabları üzərində məhdudiyyət tətbiq edilib.
Hadisə ilə bağlı ümumilikdə daha 11 nəfər saxlanılıb. Onların arasında Şarban və Çelik qardaşlarının yaxınları da var. Bu şəxslər hücum planından xəbərdar olub hüquq-mühafizə orqanlarına məlumat verməməkdə şübhəli bilinir.
İnsidentdən sonra Türkiyə üzrə 34 vilayətdə genişmiqyaslı əməliyyatlar keçirilib. Rəsmi məlumatlara görə, İŞİD-lə əlaqədə şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb. (Globalinfo.az )
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi













.jpg)























.jpg)
.jpg)