Region
Cevdet Yılmaz Zəngəzur dəhlizindən danışdı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Zəngəzur dəhlizini Anadolu bölgələrinin gələcək inkişafını stimullaşdıracaq əhəmiyyətli nəqliyyat və logistika marşrutu hesab edir.
Publika.az xəbər verir ki, Diyarbəkir vilayətinə səfəri zamanı C.Yılmaz Türkiyənin şərqi və cənub-şərqini beynəlxalq ticarət şəbəkələrinə inteqrasiya etmək planlarını açıqlayıb.
“Bu kontekstdə üç strateji logistika marşrutu diqqət çəkir. “İnkişaf Yolu” layihəsi: Türkiyədən tutmuş İraqın cənubuna qədər, bu yalnız Yaxın Şərqdən yük daşınması üçün deyil, həm də enerji daşıyıcılar təchizatı üçün vacibdir. Digəri Türkiyə ilə türk dövlətləri arasında birbaşa əlaqə təmin etməklə Orta Dəhlizi gücləndirmək üçün nəzərdə tutulmuş Zəngəzur dəhlizi, nəhayət, Suriya marşrutu, yəni Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanının Hicaz bölgəsini birləşdirən Hicaz dəmir yolunun bərpası”, - deyə siyasətçi sadalayıb.
Türkiyənin vitse-prezidenti qeyd edib ki, hər üç təşəbbüs təkcə iqtisadi baxımdan deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət kəsb edir:
“Əminəm ki, logistika marşrutlarının və ticarət dəhlizlərinin inkişafı həm Türkiyənin, həm də bütövlükdə regionun rifahının yaxşılaşdırılmasına yönəlib. Heç bir region qonşuları ilə güclü ticarət əlaqələri olmadan davamlı inkişafa nail olmaq mümkün deyil”.
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov






















.jpg)

.jpg)














.jpg)