Region
Ermənistan suyundan ölüm: “Cermux işi” yenidən qaldırıldı
Rusiyanın İstintaq Komitəsi Vladikavkaz sakininin “Cermux” mineral suyunu içdiyi iddia edilən şəxsin ölümü ilə bağlı cinayət işini yenidən açıb.
Publika.az xəbər verir ki, Rusiya tərəfinin əvvəllər bildirdiyi kimi, həmin şəxs 2024-cü ilin fevral ayında mağazadan bir neçə şüşə “Cermux” mineral suyu alıb və tərkibində sirkə turşusu olan suyu içdikdən sonra özünü ağır hiss etməyə başlayıb. Nəticədə o, xəstəxanada ölüb.
“RİA Novosti” agentliyinin Rusiya İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, iş əvvəllər dayandırılmışdı, çünki həmin vaxt hadisə ilə bağlı şəxslərin kimliyini müəyyən etmək mümkün deyildi. İş yeni hallar nəzərə alınmaqla yenidən açılıb.
Xatırladaq ki, hadisədən sonra “Jermuk Group” şirkətinin icraçı direktoru Poqosyan zavodlarında mineral suyun butulkaya doldurulmasının avtomatlaşdırıldığını bildirmişdi. O, həmçinin mineral suyun butulkaya doldurulmasında sirkə turşusundan istifadə edilmədiyini vurğulamışdı.
Poqosyan, həmçinin şirkətinin Rusiyaya ixrac həcminin 2000-ci ildən bəri hər il artdığını və son illərdə 15-20 milyon litrə çatdığını və əvvəllər oxşar hadisələrin qeydə alınmadığını qeyd etmişdi.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)