Region
Rusiyanın “Mi-28” helikopterləri Tehran səmasında - Nə baş verir?
İran Hərbi Hava Qüvvələri Tehran üzərində uçuşlar üçün Rusiyanın ən azı iki “Mi-28” zərbə helikopterindən istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" (MWM) nəşri yazır.
MWM qeyd edir ki, bu yaxınlarda tədarük edilmiş Rusiyanın “Mi-28” zərbə helikopterləri hərbi güc nümayişi olaraq İran paytaxtı üzərində uçuşlar həyata keçirib.
Nəşrin fikrincə, İsrail və ABŞ-ın bir ay davam edən intensiv bombardmanlarından sonra İranın arsenalında belə bahalı helikopterlərin olması ölkənin hərbi imkanlarının dayanıqlığını göstərir.
Qeyd edilib ki, “Mi-28” İslam Respublikasının sahib olduğu yeganə müasir döyüş helikopterləridir. Onlar hələlik hərbi əməliyyatlarda istifadə edilməsə də, potensial olaraq ABŞ və İsrailə qarşı mübarizəyə töhfə verə bilərlər. Xüsusilə, bu texnikadan dron və raket hücumlarının dəf edilməsində istifadə etmək mümkündür.
Bundan əvvəl mediada Rusiya helikopterlərinin İrana çatdırılması barədə məlumatlar yayılmışdı. İrana təhvil verilən “Mi-28NE” (NATO təsnifatı ilə — “Havoc”) zərbə helikopterlərinin fotoları açıq mənbələrdə dərc olunub. Şəkillərin birində “Mi-28NE” rəqəmsal kamuflyajda əks olunub. Analoji rəngləmə "Ordu-2018" forumunda nümayiş etdirilən “Mi-28NE” modelində də tətbiq edilmişdi.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)