Region
Türkiyə təhsilində qanlı günlər: Müəllimlər küçələrə axışdı - VİDEO
Türkiyədə təhsil ocaqlarında ard-arda törədilən silahlı hücumlar ölkədə böyük rezonans doğurub.
Publika.az xəbər verir ki, hakimiyyətin təhsil müəssisələrində artan zorakılıq hadisələrinə qarşı hərəkətsiz qalmasına etiraz edən minlərlə müəllim paytaxt Ankarada genişmiqyaslı aksiya keçirib. Onlar Təhsil Nazirliyindən məsul şəxslərin məsuliyyətə cəlb edilməsini tələb ediblər.
Aprelin 15-i günortadan sonra türk müəllimləri də təhsil naziri Yusuf Tekinin istefasını tələb edərək tətilə başlayıblar.
Qeyd edək ki, aprelin 14-də Şanlıurfa vilayətində bir məktəbə silahlı hücum törədilib və nəticədə təxminən 20 nəfər yaralanıb. Hücum edən şagird intihar edib.
Xatırladaq ki, aprelin 15-də Kahramanmaraşdakı bir məktəbdə də silahlı insident baş verib. Nəticədə doqquz nəfər həlak olub - səkkiz şagird və bir müəllim. On üç nəfər yaralanıb, onlardan altısı reanimasiyada, üçü isə ağır vəziyyətdədir. Hücumu törədən səkkizinci sinif şagirdi daha sonra intihar edib.
Müəllif: Adəm
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)













.jpg)