Region
“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
Kahramanmaraşda 10 nəfərin ölümü ilə nəticələnən məktəb hücumunun detalları üzə çıxmağa davam edir.
Publika.az xəbər verir ki, qətliamı törədən 14 yaşlı İsa Aras Mersinlinin hadisədən bir gün əvvəl VPN vasitəsilə məşhur “Discord” tətbiqində hücumu açıq şəkildə anons etdiyi məlum olub.
Məlumata görə, 8-ci sinif şagirdi olan İsa Aras qruplara göndərdiyi mesajlarda həm psixoloji yorğunluğunu, həm də atası ilə olan münaqişəsini xüsusi qeyd edib:
– “Lənət olsun! Bunu bu gün edə bilərəm”.
– “Günortadan sonra saat 3 radələrində hər şey hazır olacaq”.
– “5-ci və 6-cı sinif şagirdləri otaqda hazır dursa, işim daha asan olardı”.
– “Atam məni boğub öldürməyə çalışdı. Bu gün tamamilə yorğunam”.
– “Evdə təkəm, indi manifestimi bitirib bir az yatacağam”.
– “Daha sonra bu dünyaya nə qədər yorğun olduğumu, nələrə qadir olduğumu göstərəcəyəm”.
Xatırladaq ki, Ayser Çalık Orta Məktəbində baş verən atışma zamanı riyaziyyat müəllimi Ayla Kara şagirdlərini qorumağa çalışarkən qətlə yetirilib. Sinif otaqlarında öldürülən şagirdlərin isə kimliyi artıq təsdiqlənib.
Onu da bildirək ki, qatilin atası, keçmiş polis rəisi Uğur Mersinli silahların mühafizəsinə səhlənkar yanaşdığı və hadisədə dolayı məsuliyyət daşıdığı üçün artıq saxlanılıb. Prokurorluq hadisənin hər hansı terror təşkilatı ilə əlaqəsinin olmadığını, cinayətin fərdi nifrət zəminində törədildiyini vurğulayıb. (“Qafqazinfo”)
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı







.jpg)



















.jpg)













