Region
İran razılıq verdi - "Nüvə tozu" ABŞ-a təhvil verilir
ABŞ Prezidenti Donald Tramp İranın 2025-ci ilin yayında Amerikanın hava zərbələrinə məruz qalmış əsas nüvə obyektlərindən geriyə qalan "nüvə tozunu" təhvil verməyə razılaşdığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" (WP) yayıb.
Tramp jurnalistlərə açıqlamasında bildirib:
"İranın nüvə silahı yoxdur və onlar bununla razılaşdılar. İran buna çox qətiyyətlə razı oldu. Onlar “B-2” bombardmançıları ilə həyata keçirdiyimiz hücumdan sonra yerin dərinliklərində qalan “nüvə tozunu” bizə qaytarmağa razılıq verdilər".
Qeyd edilib ki, İran tərəfi hələlik Amerika və Pakistan danışıqçıları ilə görüşlər zamanı belə bir güzəştə getdiyini təsdiqləməyib. Nəşr həmçinin xatırladır ki, ABŞ-ın İranın nüvə öhdəlikləri ilə bağlı əvvəlki bəyanatları bəzən qeyri-dəqiq çıxıb və ya təsdiqini tapmayıb.
"Nüvə tozu" dedikdə, Tramp MAQATE-nin məlumatına görə, ötən ilin iyununda ABŞ-ın İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələrdən sonra yerin altında basdırılmış vəziyyətdə qalan yüksək dərəcədə zənginləşdirilmiş uranı nəzərdə tutur. Bu materialın mövcudluğu Vaşinqton və Tehran arasındakı gərginliyin əsas nöqtələrindən birinə çevrilmişdi. ABŞ zənginləşdirilmiş uranı təhlükə hesab edir, çünki bu material nüvə silahı yaratmaq üçün istifadə oluna bilər.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)













.jpg)