Region
Protokol sərhədləri aşıldı - Nəzakət, yoxsa Dominantlıq?
Fransa Prezidenti Emmanuel Makronun İtaliya Baş naziri Corcia Melonini həddindən artıq səmimi qucaqlaması sonuncunu hazırlıqsız yaxalayıb və az qala tərəflər arasında mübahisəyə səbəb olub.
Publika.az xəbər verir ki, politoloq və psixoloji təhlükəsizlik üzrə ekspert Ruslan Pankratov bu xoşagəlməz vəziyyəti şərh edərək siyasətçilərin davranışlarını izah edib.
Ekspertin fikrincə, bu an Meloni üçün həqiqətən də narahatlıq doğursa da, o, bunu dərin şəxsi diskomfort kimi deyil, peşəkarcasına gizlədilmiş qısamüddətli tərəddüd kimi büruzə verib. Makron isə özünün ənənəvi üslubunda hərəkət edərək, nümayişkaranə dərəcədə isti və bir qədər mübaliğəli qucaqlaşma və öpüşlə həm siyasi "dostluq" siqnalı verib, həm də kadra hakimlik edərək diqqəti öz üzərinə çəkməyə çalışıb.
Pankratov qeyd edib ki, Meloninin bədəninin gərgin qalması, təmkinli davranışı və təbəssümündəki gecikmə bu cür fiziki yaxınlığın onun üçün gözlənilməz olduğunu göstərir; lakin yüksək özünüidarəetmə qabiliyyəti İtaliya Baş nazirinə dərhal öz diplomatik maskasına qayıtmağa və hadisənin açıq qarşıdurmaya çevrilməsinə imkan verməməyə kömək edib.
Daha əvvəl bildirilmişdi ki, Meloni və Makronun Parisdəki görüşü müşahidəçilər tərəfindən həddindən artıq səmimi hesab edilən salamlaşma səbəbindən qalmaqala yol açıb. İtaliyanın "Il Manifesto" qəzeti Makronun bu davranışını hədsiz sərbəstlik kimi qiymətləndirib, onun yanaqdan öpməsini isə yersiz və hətta bayağı adlandırıb.
Hüseyn İbadlı
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı







.jpg)


















.jpg)













