Region
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər - Foto
Ermənistanda itlərlə bağlı maraqlı hadisələr baş verir.
Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb. Nəşr tanınmış erməni jurnalist Arev Abelyana istinad edərək yazıb ki, aidiyyəti qurumların yarıtmaz fəaliyyəti nəticəsində sahibsiz itlərin insanlara hücumlarının sayı az qala rekord həddə çatıb.
"Dünən 9 yaşlı bir uşağı Gorus Tibb Mərkəzinə gətiriblər. Onu uzun müddət sakitləşdirə bilməyiblər. Uşağa it hücum edib və onu kürəyindən dişləyib. Əminəm ki, uşağın belə dayanmadan ağlaması təkcə fiziki ağrıdan deyil, həm də qorxu, stress və ağır psixoloji travmanın nəticəsi idi. Bu, kədərli bir reallıq olsa da deyim ki, it dişləmələrinin qurbanına çevrilənlər artıb və demək olar ki, hər gün tibb mərkəzinə kimisə qan içində gətirirlər. Bəzi günlərdə iki-üç belə hal qeydə alınır",- erməni jurnalist gileylənib.
Nəşr yazıb ki, təkcə Gorus şəhərində deyil, ümumilikdə bütün Sünik bölgəsində sahibsiz itlər problemi həll olunmamış qalır və xüsusilə uşaqlar üçün real təhlükəyə çevrilib. Jurnalist məmurlara da müraciət edib: "Bu problem illərdir sistemli şəkildə həll edilmir. Cənab Aruş Aruşanyan, mütəmadi olaraq bu işlə bağlı mütəxəssisləri bir yerə toplasanız da, əminəm ki, bu səmərərsizdir. Məsələn, Vayots Dzorda toplanan itləri gətirib bura buraxırlar. Başqa sözlə, nəticələr yerli camaata aydın olmur. İnsanlar eyni təhlükələrlə fərqli yerlərdə üzləşməyə davam edirlər və sahibsiz itlərin sayı hər gün artır.
Cənab Armen Xaçatryan, bu məsələnin parlament səviyyəsində qanunla dəqiq formada tənzimlənməsi də vacibdir. Çünki bu, təkcə Sünikdə deyil, bütün Ermənistanda problemə çevrilib. Yeri gəlmişkən, bir daha itsevərləri bu məsələni emosional qarşıdurmaya çevirməməyə çağırıram. Əgər heyvanları sevirsinizsə, onlara qulluq edin. Mənim təklifim isə sadədir: onları himayənizə götürün və evdə saxlayın. Bununla da uşaqları və hər kəsi ağır yara və stressdən qorumuş, eyni zamanda başqalarının təhlükəsizliyini təmin etmiş olursunuz".
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)