Region
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
ABŞ prezidenti Donald Trampın şirkəti olan "Trump Organization" Tbilisidə göydələn tikməyi planlaşdırır. O, Gürcüstan paytaxtının ən hündür binası olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Nəşr sözügedən layihənin tərəfdaşlarından birinin nümayəndəsinə istinad edib.
"Wall Street Journal"ın məlumatına görə, "Trump Organization" və tərəfdaşları paytaxtda çoxfunksiyalı kompleks olan "Trump Tower Tbilisi"ni tikmək niyyətindədirlər: "Təxminən 70 mərtəbəli binanın Gürcüstan paytaxtında ən hündür bina olacağı gözlənilir".
Nəşrin məlumatına görə, göydələndə lüks yaşayış yerləri və ticarət məkanları olacaq. Layihə ABŞ-ın memarlıq firması olan "Gensler" tərəfindən və Gürcüstanın "Archi Group" və "Biograpi Living"-in iştirakı ilə hazırlanır: "Layihədə Nyu-Yorkda yerləşən "Sapir Organization" şirkəti də iştirak edir".
Qeyd edək ki, Trampın özü 2017-ci ildən bəri şirkətin gündəlik əməliyyatlarında iştirak etmir. Şirkəti Amerika liderinin oğlu Erik qardaşı ilə birgə idarə edir. Onların hər ikisi vitse-prezident vəzifəsində çalışırlar. Trampın adı isə "Trump Organization"da baş direktor olaraq qalır və o, müəyyən vasitələrlə quruma nəzarət etməyə davam edir.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)