Region
Fidan: Türkiyə hər zaman Azərbaycanın yanında olacaq
"Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün ciddi səylər göstərir".
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Türkiyənin əsas xarici siyasət xətti bütün bölgələrdə sülhü və sabitliyi önə çəkməkdir:
"Prezidentimizin başdan bəri ortaya qoyduğu xarici siyasət xəttinə əsasən, bölgədəki mövqeyimiz bəllidir. Yəni bir bölgə üçün nə istəyiriksə, digəri üçün də eynisini arzulayırıq".
Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara toxunan H.Fidan qeyd edib ki, bu istiqamətdə çox mühüm məsafələr qət edilib:
"Bilirsiniz ki, Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsi paraflanıb. Lakin yekun sənədin imzalanması üçün atılmalı olan daha bir-iki addım var. Bu günə qədər görülən işlər onu göstərir ki, hər iki tərəf sülh axtarışında olduqca səmimidir və irəliyə doğru cəsarətli addımlar atmaqda, risk almaqda istəklidir. Dünya ictimaiyyətinin də bu məsələyə inanılmaz rəğbəti və dəstəyi var".
XİN başçısı Türkiyənin hər zaman Azərbaycanı dəstəkləməyə davam edəcəyini xüsusi vurğulayıb: "Təbii ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, bu, bizim ortaq taleyimizdir. İnandığımız bir reallıq var ki, Azərbaycanın Ermənistanla əldə edəcəyi sülh nəticəsində bölgəmiz daha sabit bir regiona çevriləcək. Bu, bütün bölgə xalqları üçün son dərəcə əhəmiyyətlidir".
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)