Region
SEPAH danışıqlarda uğur qazandığını ELAN ETDİ
"ABŞ ordusu silah-sursatı dünyanın o biri başından gətirmək məcburiyyətində qaldığı halda, Tehran danışıqlar prosesindən istifadə edərək öz arsenalını uğurla zənginləşdirib".
Publika.az "Al Jazeera"yə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Məcid Musəvi bəyan edib.
Telekanalının verdiyi xəbərə görə, hərbi rəhbər düşmənin atəşkəs dövründə hərbi ehtiyatlarını bərpa edə bilmədiyini, İranın isə bu qarşıdurmadan qalib ayrıldığını vurğulayıb.
Musəvinin sözlərinə görə, Birləşmiş Ştatlar artıq Hörmüz boğazı və Livan üzərindəki nəzarətini itirib.
Qeyd edək ki, aprelin 17-də SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğazda gəmiçilik üçün "yeni nizam" elan edib və hərəkətin yalnız Livanda atəşkəs qüvvəyə mindiyi andan etibarən bərpa olunacağını bildirib.
Hazırda Fars körfəzində göyərtəsində ümumilikdə 132 milyon barel neft olan gəmilərin hərəkətsiz qaldığı qeyd olunur.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)