Region
Tehran yeni danışıqlar üçün Vaşinqtona ŞƏRT QOYDU
Tehran hələlik Amerika Birləşmiş Ştatları ilə danışıqlara İran nümayəndə heyətinin göndərilməsi barədə qərar verməyib və Vaşinqtonla dialoq yalnız dəniz blokadası qaldırıldıqdan sonra mümkün ola bilər.
Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın "həddindən artıq tələblərindən" imtina etməsi danışıqların davam etdirilməsi üçün əsas şərtdir. Əks halda, İran "yorucu və faydasız danışıqlara vaxt sərf etməyəcəyini" bildirib.
Qeyd edilib ki, bu mövqe Pakistan vasitəçisi vasitəsilə Amerika rəsmilərinin diqqətinə çatdırılıb.
Aprelin 19-da ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında nümayəndələrinin İranla bağlı danışıqlarda iştirak etmək üçün İslamabada yollandığını yazıb. Daha sonra "The New York Post" qəzeti qeyd edib ki, İslamabaddakı görüşlərdə Amerikanın xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner iştirak edəcək, Cey Di Vens isə onlara qoşulmayacaq.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)