Region
ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında minaların axtarışı və mümkün zərərsizləşdirilməsi üçün pilotuz uşuş aparatlarından (PUA) istifadə etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Qeyd edilib ki, bu addım dünyanın ən mühüm dəniz marşrutlarından birində təhlükəsiz gəmiçiliyin bərpası cəhdidir.
Bundan əvvəl "CBS" telekanalı mənbələrə istinadla akvatoriyada azı 12 sualtı minanın ola biləcəyi barədə məlumat yaymışdı.
Amerika tərəfi iddia edir ki, bu qurğular, o cümlədən "Maham-3" və "Maham-7" modelləri İran tərəfindən yerləşdirilə bilər. Akvatoriyanın yoxlanılması üçün həm suüstü, həm də sualtı dronlardan istifadə olunur. Hidrolokatorlarla təchiz edilmiş bu aparatlar dənizin dibindəki obyektləri aşkar etmək qabiliyyətinə malikdir. Məqalə müəllifləri hesab edirlər ki, minatəmizləmə əməliyyatları tankerləri qorumaq üçün ABŞ hərbi konvoylarının müşayiətinə hazırlıq mərhələsi ola bilər.
Xatırladaq ki, BMT Hörmüz boğazı dərhal blokadadan çıxarılacağı təqdirdə belə, gəmiçiliyin tam normallaşması üçün uzun müddət tələb olunacağını bəyan edib. Aprelin 18-də İran ABŞ-ın dəniz blokadası qaldırılana qədər Hörmüz boğazını yenidən bağladığını elan edib.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)