Region
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Hörmüz boğazı ilə bağlı İranda fikir ayrılığı yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ekspertlərə və mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunub ki, xarici işlər naziri Abbas Araqçinin Hörmüz boğazının açılması barədə bəyanatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) etirazına səbəb olub və bu, ölkədəki radikallar ilə mötədil siyasi qanad arasındakı parçalanmanı daha da dərinləşdirib.
Nəşrin məlumatına görə, nazirin boğazın "tamamilə açıq" olması barədə açıqlaması atəşkəs müddətinin başa çatması fonunda rəsmi Tehranın çeviklik nümayiş etdirmək cəhdi olub.
Məqalədə vurğulanıb ki, bu xəbər neft qiymətlərinin düşməsinə və ABŞ Prezidenti Donald Trampın razılığına səbəb olsa da, ölkə daxilində kəskin tənqidlərlə qarşılanıb.
Bundan əvvəl Tramp İranın Hörmüz boğazının daimi olaraq açılmasına razılıq verdiyini bəyan etmişdi.
"İran Hörmüz boğazını bir daha heç vaxt bağlamamağa razı oldu. Bu məkan artıq dünyaya qarşı silah kimi istifadə edilməyəcək", - deyə siyasətçi qeyd edib.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)