Region
“ABŞ Prezidenti kimdir ki, milləti nüvə hüququndan məhrum etsin?”
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın yürütdüyü siyasəti və beynəlxalq birliyin ikili standartlarını kəskin tənqid edib.
Publika.az İRNA-ya istinadla xəbər verir ki, İdman və Gənclər Nazirliyində çıxış edən dövlət başçısı İranın nüvə proqramına görə Amerikanın tətbiq etdiyi təzyiqlərin qanuniliyini şübhə altına alıb.
Pezeşkian birbaşa sual ünvanlayaraq bildirib: "ABŞ prezidenti dünya miqyasında kimdir ki, bir milləti öz qanuni hüquqlarından məhrum etsin?".
O vurğulayıb ki, dinindən və irqindən asılı olmayaraq hər bir kəs öz ayrılmaz hüquqlarına sahib olmalıdır. İran lideri beynəlxalq münasibətlərdə ədalətin bərqərar olmasına çağırıb.
"Biz müharibə istəmirik. Bizim etdiyimiz qanuni özünümüdafiədir. İstənilən insan və istənilən xalq hücuma məruz qaldıqda özünü müdafiə edəcək", - deyə o bəyan edib.
Pezeşkian həmçinin, bölgədə İsrail və ABŞ-ın hərəkətləri fonunda nümayiş etdirdikləri sükuta görə BMT və hüquq-müdafiə təşkilatlarını tənqid edib. Onun sözlərinə görə, dinc sakinlər, qadınlar və uşaqlar həlak olduğu bir vaxtda bu qurumlar "yuxuya gedib" və ya yalnız formal narahatlıq ifadə etməklə kifayətlənirlər.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)