Region
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyə hakimiyyəti ötən həftə ölkə məktəblərində baş vermiş iki atışma hadisəsindən sonra vətəndaşların silah saxlamasını məhdudlaşdıran əlavə hüquqi tədbirlər görəcək və qaydaları pozan silah sahibləri üçün cəzaları sərtləşdirəcək.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair Türkiyə lideri söyləyib:
“Ölkədə məktəblərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritetimizdir. Bu məsələdə nə indi, nə də gələcəkdə heç bir güzəşt olmayacaq”.
Ərdoğan qeyd edib ki, odlu silahın təhlükəsizliyinin və qorunmasının təmin edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyən sahiblər üçün cəzalar sərtləşdiriləcək, şəxsi silah almağı məhdudlaşdıran əlavə hüquqi normalar tətbiq ediləcək.
Xatırladaq ki, aprelin 15-də Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində məktəbdə baş verən hadisə nəticəsində 9 nəfər həyatını itirib, 21 nəfər yaralanıb. Aprelin 14-də isə eyni bölgədə yerləşən Şanlıurfa vilayətindəki məktəbdə hücum nəticəsində 19 nəfər xəsarət alıb.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)