Region
Makron Ermənistana gəlir: Məqsədi nədir?
Fransa prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfəri edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryanla Fransanın İrəvandakı səfiri Olivye Dekottinyi arasında keçirilən görüşdə məlumat verilib.
Ermənistan hökumətinin mətbuat xidmətinin açıqlamasında deyilir: "Baş nazirin müavini xüsusilə 4 mayda İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitinin, eləcə də Fransa Prezidenti Emmanuel Makronun ertəsi gün Ermənistana gəlişinin əhəmiyyətini vurğuladı".
Görüş zamanı tərəflər ikitərəfli gündəlikdəki bir sıra məsələləri, o cümlədən Fransanın Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Sisyan-Kacaran yol hissəsinin tikintisində iştirakını müzakirə ediblər.
Xatırladaq ki, Fransa prezidentinin Ermənistana ilk səfəri 2018-ci ilin oktyabr ayında baş tutmuşdu. 2023-cü ildə Ermənistan mətbuatı Makronun 21 sentyabrda (Ermənistanın Müstəqillik Günü) gələcəyini yazmışdı, lakin bu səfər baş tutmadı.
Müəllif: Tural
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR





















.jpg)

.jpg)













.jpg)