Region
SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin rəhbəri Məcid Musəvi ABŞ bazalarına ev sahibliyi edən region ölkələrinə müraciət edib.
Publika.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, komandan həmin dövlətlərin ərazisindən İrana hücum ediləcəyi təqdirdə bunun cavabsız qalmayacağını bəyan edib.
Musəvi düşmənin həddini aşacağı təqdirdə İranın istənilən nöqtəni hədəf almaq imkanına malik olduğunu vurğulayıb. O, həmçinin cənub qonşularına xəbərdarlıq edərək bildirib ki, onların ərazi və resursları İran xalqına qarşı istifadə olunarsa, bu, Yaxın Şərqdə neft hasilatının sonu demək olacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və digər yüksək rütbəli şəxslər həlak olub. Bu hadisədən sonra İran tərəfi həm İsrailə, həm də ABŞ müttəfiqlərinin yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.
Hazırda aprelin 8-dən başlayan iki həftəlik atəşkəs rejimi qüvvədədir. Pakistanda aparılan son danışıqlar tərəflərin mövqeləri üst-üstə düşmədiyi üçün nəticəsiz qalsa da, yaxın günlərdə yeni raundun keçirilməsi planlaşdırılır. Digər tərəfdən, Hörmüz boğazında gəmiçiliyin dayanması qlobal enerji böhranını dərinləşdirməkdə davam edir.
Hüseyn İbadlı
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)














.jpg)