Region
Qondarma erməni soyqırımı muzeyində qalmaqal
Ermənistanda dini və siyasi qalmaqallar səngimək bilmir.
Publika.az xəbər verir ki, "Hraparak" qəzeti qalmaqalın bu dəfə qondarma erməni soyqırımı "qurbanları" üçün yaradılmış muzeylə bağlı baş verdiyini yazıb. Məqalədə yazılıb: "Hər il olduğu kimi, bu il də Bütün Ermənilərin Katolikosu II Qaregin ruhanilərlə birlikdə "soyqırımı" qurbanlarının xatirəsini yad etmək və əbədi məşəlin önünə gül qoymaq üçün gedibmiş. Katolikosun bu ziyarəti ilə bağlı məqalə "Soyqırımı" Muzey-İnstitutun rəsmi saytında dərc olunub. Lakin tezliklə yazı saytdan silinib".
"Hraparak"ın mənbələrinə görə, xəbər muzeyin direktoru Hraçya Taşçyanın xəbəri olmadan dərc edilibmiş. Məqalə dərc edildikdən qısa müddət sonra Hraçya bundan xəbər tutub və materialın dərhal silinməsini əmr edib: "O, yazının sayta kim tərəfindən yerləşdirilməsi ilə maraqlanıb. Məlum olub ki, bunu muzey-institutun iki işçisi edib və onlar istefa ərizələrini yazaraq imzalayıblar. Məsələ burasındadır ki, bu iki işçi hələ əvvəlki direktor Edita Qzoyan vəzifəsindən azad edilən zaman istefa ərizələrini təqdim etmişdilər. Lakin sənədlər direktor tərəfindən imzalanmamışdı. Bu qalmaqallı hadisədən sonra isə Hraçya Taşçyan dərhal sənədləri təsdiqləyib. "Soyqırımı" muzeyinin məhv edilməsinə yönəlmiş addımlar davam edir".
Müəllif onu da qeyd edib ki, işdən çıxarılan işçilər, digər həmkarları ilə birlikdə Taşçyanla görüşərək vəziyyəti müzakirə etmək niyyətindədirlər: "Onlar ümid edirlər ki, yeni direktor fikrini dəyişəcək. İşçilər həmçinin muzeydəki hazırkı vəziyyəti və direktorun tətbiq etdiyi əsassız məhdudiyyətləri müzakirə etmək istəyirlər".
Müəllif: Tural
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)













.jpg)