Region
Erməni deputatdan revanşist açıqlama: "Mübarizə sona qədər davam edəcək"
Xəbər verdiyimiz kimi Ermənistanda qondarma soyqırımına həsr olunmuş yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Bu radikal addım yerli mediada müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, ölkənin əsas müxalifət saytlarından olan "Mamul" nəşri əsasən revanşistlərin fikirlərini dərc edir, siyasətçilər millətçilərin məşəllə təşkil etdikləri marşın bayraq yandırılması mərasimi ilə sonlandırmasına haqq qazandırırlar. Məsələn, Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü, "Daşnaksütyun"un funskionerlərindən olan Geqam Manukyan deyib ki, hər iki ölkəyə qarşı mübarizə davam etməlidir:
Təşkil olunan "soyqırımı" marşı və onunla bağlı aparılan son müzakirələr haqqında danışmaq istərdim. Mən lap əvvəldən bu yürüşlərin iştirakçısı olmuşam. Bayraqların yandırılması məşəl yürüşünün kulminasiya nöqtəsi deyil. Məşəlli yürüşün mənası mübarizənin davam etməsi deməkdir. Hökumət bunu nə qədər inkar etməyə çalışsa da, bu, inkar edilə bilməyən bir mübarizənin simvoludur. Ermənistan Respublikasının vətəndaşları olan erməni gəncləri bu mübarizəni sona qədər davam etdirəcəklər. Suları bulandıranlar, hər dəqiqə problem yaradanlar isə gəldikləri kimi də gedəcəklər",- revanşist siyasətçi müraciətində bildirib.
Müəllif: Tural
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)













.jpg)