Region
Trampın iştirak etdiyi tədbirdə atəş açıldı - YENİLƏNDİ
ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" otelindəki tədbirdən təxliyəsi zamanı Məxfi Xidmət əməkdaşları atəş açıldığı barədə xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Bir neçə güclü şaqqıltı səsi eşidildi və Məxfi Xidmət silahlarını çıxararaq jurnalist qrupunu sürətlə otaqdan çıxartdı. Məxfi Xidmət əməkdaşları "Atəş açılır!" deyə qışqıraraq bizi geri itələdilər", jurnalistlər bildiriblər.
xxx
05:15
Ağ Evin Müxbirlər Assosiasiyasının şam yeməyi zamanı zalda eşidilən qəribə səslərdən sonra ABŞ Prezidenti Donald Tramp təcili olaraq tədbirdən uzaqlaşdırılıb.
Publika.az-ın tədbirin yayımına istinadla verdiyi məlumata görə, bir neçə kəskin şaqqıltı səsindən sonra görüş yarımçıq kəsilib və iştirakçılardan zalı tərk etmək xahiş olunub.
Hadisə anında məxfi xidmət agentləri silahlı şəkildə Trampın olduğu səhnəyə çıxaraq prezidenti təxliyə ediblər. Hazırda Trampın mətbuat xidməti hadisə ilə bağlı rəsmi şərh verməyib.
Xatırladaq ki, martın 4-də Pentaqon rəhbəri Pit Heqset Trampa qarşı sui-qəsd cəhdinin təşkilatçısı olduğu iddia edilən iranlı komandirin zərərsizləşdirildiyini açıqlamışdı. Ağ Evin mətbuat katibi Kerolayn Levitt də sui-qəsd planlaşdıran şəxsin məh edildiyini təsdiqləmişdi.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)













.jpg)