Region
Ermənistan bu kəndi Gürcüstana verir?
Ermənistan hökuməti sərhəd demarkasiyasının bir hissəsi olaraq Cilizə kəndinin Ermənistanın şimalındakı (Gürcüstanla həmsərhəd – red.) Alaverdi icmasına verilməsinin planlaşdırıldığı barədə şayiələri təkzib edib.
Publika.az xəbər verir ki, əvvəllər bəzi mənbələr Gürcüstanla sərhəd yaxınlığında yerləşən və genişlənmiş Alaverdi icmasının bir hissəsi olan yaşayış məntəqəsinin demarkasiya prosesi zamanı başqa yerə köçürülməsinin nəzərdə tutulduğunu bildirmişdilər.
Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial mediada yazıb: “Ermənistan Respublikasının suveren ərazisinin hər hansı bir hissəsinin başqa bir ölkəyə verilməsi niyyəti, planı və ya razılaşması ilə bağlı hər hansı bir açıqlama, fikir və ya məlumat həqiqətə uyğun gələ bilməz”.
Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması ilə bağlı tədbirdə bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə yanaşı, gündəliyə Gürcüstanla delimitasiya prosesi də daxildir və bu barədə gürcü tərəfdaşlarla razılıq əldə edilib.
Müəllif: Tural
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)













.jpg)