Region
İrandan ABŞ-a MÜHARİBƏ MESAJI - Hədəflərin siyahısı yeniləndi
İran ABŞ ilə müharibənin hələ bitmədiyini hesab edir.
Publika.az xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya milli televiziyanın efirində bəyanat verib.
O, mövcud şəraiti hələ də hərbi vəziyyət kimi dəyərləndirdiklərini bildirib. Əkrəminiya İran vətəndaşlarını əmin edib ki, ABŞ yenidən təcavüzə əl atarsa, Tehranın yeni yanaşması və cavabı ilə üzləşəcək.
Ordu rəsmisi qeyd edib ki, hazırkı atəşkəs dövründə Tehran münaqişənin bərpa olunacağı təqdirdə zərbə endiriləcək hədəflərin siyahısını yeniləyib, həmçinin silahların istehsalı və modernləşdirilməsi istiqamətində addımlar atıb.
Aprelin 22-də Ağ Ev nümayəndəsi ABŞ və İran arasında atəşkəsin uzadıldığını bildirib. "The Wall Street Journal" qəzetinin məlumatına görə, İran tərəfi ABŞ-a çoxmərhələli danışıqlar təklif edib. Qeyd olunub ki, birinci mərhələ hərbi əməliyyatların dayandırılmasına, habelə İslam Respublikasına və Livana hücum etməmək barədə öhdəliklərin təsbit olunmasına yönəlib. İkinci mərhələ Hörmüz boğazında gəmiçilik rejiminin razılaşdırılmasını nəzərdə tutur. Yekun olan üçüncü mərhələ isə İranın nüvə proqramının müzakirəsinə həsr olunacaq.
Nəşrin yazdığına görə, Ağ Ev İranın təşəbbüsünü etibarsızlıqla qarşılasa da, hələlik təklifi rədd etməyib.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)













.jpg)