Region
İranda hakimiyyət SEPAH-ın əlinə keçdi - ŞOK İDDİA
İranda hakimiyyət tədricən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərlərinin əlində cəmləşdi.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İran rəsmilərinə istinadla məlumat yayıb.
"Artıq İranın hakimiyyətin zirvəsində tək və mübahisəsiz dini arbitri yoxdur. Müharibənin ilk günündə Ayətullah Əli Xameneyinin aradan qaldırılması və onun yaralı oğlu Müctəbanın yüksəlişi SEPAH komandirlərinin üstünlük təşkil etdiyi yeni düzənin qurulmasına səbəb oldu", - agentliyin məlumatında deyilir:
Xəbər müəllifləri qeyd ediblər ki, Müctəba Xameneyi hələ də sistemin başında dayanır, lakin onun rolu əsasən generalların qəbul etdiyi qərarları qanuniləşdirməkdən ibarətdir:
"İranlı rəsmilərin və analitiklərin fikrincə, ölkədə hakimiyyət getdikcə daha dar və mühafizəkar dairədə toplandı. Bura Milli Təhlükəsizlik Ali Şurasının üzvləri, ali rəhbərin aparatı və artıq həm hərbi strategiyada, həm də əsas siyasi qərarların qəbulunda dominantlıq edən SEPAH daxildir. Belə ki, ABŞ ilə danışıqlarda İranın diplomatik nümayəndələri qismində xarici işlər naziri Abbas Əraqçı və parlamentin spikeri (SEPAH-ın keçmiş komandiri) Məhəmməd-Baqer Qalibaf çıxış etdilər. Əsas danışıq aparan şəxs İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əhməd Vahidi oldu. Atəşkəsin elan edildiyi gecə danışıqlarda məhz o iştirak etdi".
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)













.jpg)