Region
ABŞ hərbçiləri Ərəb dənizində şübhəli bilinən gəmiyə belə endilər - VİDEO
ABŞ dəniz piyadaları bu gün Ərəb dənizində İranın dəniz blokadasını pozmaqda şübhəli bilinən kommersiya gəmisinə eniblər. Lakin heç bir sübut tapılmadığı üçün gəminin yoluna davam etməsinə icazə verilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, "M/V Blue Star III" gəmisində hərtərəfli axtarışı ABŞ dəniz piyadalarının 31-ci ekspedisiya dəstəsinin hərbi qulluqçuları aparıblar. Onlar müəyyən ediblər ki, gəminin hərəkət marşrutu İran limanlarına daxil olmağı və müvafiq olaraq dəniz blokadasının pozulmasını nəzərdə tutmur.
CENTCOM bildirib ki, bu qənaətə gəldikdən sonra gəmi sərbəst buraxılıb.
Bu yoxlama ilə birlikdə ABŞ dəniz piyadalarının müxtəlif gəmilərə bu cür çıxışlarının sayı 39-a çatıb. Blokada aprelin 13-də, Pakistanın İslamabad şəhərində İran və ABŞ arasındakı danışıqların növbəti raundunun uğursuzluqla nəticələnməsindən sonra qüvvəyə minib.
CENTCOM komandanı admiral Bred Kuper xəbərdarlıq edib ki, yoxlamalar İran limanlarına və ya bu ölkənin sahil zonalarına daxil olan və oradan çıxan bütün dəniz gəmilərinə şamil ediləcək. Onun sözlərinə görə, blokada "İranla dəniz ticarətini tamamilə dayandırıb".
Hüseyn İbadlı
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)













