Region
Ermənistandan dəvət gəldi - Ərdoğan İrəvana gedəcək?
Türkiyə mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) səkkizinci iclasına dəvət alıb.
Publika.az xəbər verir ki, Avropa ölkələri arasında əməkdaşlığı, dialoqu və koordinasiyanı yüksəltməyi hədəfləyən görüşdə yalnız dövlət və hökumət başçıları iştirak edə bilər. "Gələcəyin qurulması: Avropada birlik və sabitlik" mövzusunda keçiriləcək görüşə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcək.
İrəvanda keçiriləcək görüşə 27 Aİ üzv dövlətinin və Türkiyə də daxil olmaqla, Avropa coğrafi bölgəsindəki 27 ölkənin liderləri dəvət olunub. İlk dəfə olaraq, Avropa qitəsindən kənar bir ölkədən də lider də iştirak edəcək: xüsusi qonaq Kanada Baş naziri Mark Karnidir.
Dərin geosiyasi dəyişikliklər dövründə keçirilən və 48 liderin dəvət olunduğu görüş demokratik dayanıqlığın artırılmasına, əlaqələrin yaxşılaşdırılmasına, iqtisadi və enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Liderlər arasında birbaşa və zəncirvari əlaqə imkanları təqdim edən görüş, 2022-ci ilin oktyabr ayından etibarən hər altı aydan bir rotasiya əsasında keçirilir. Türkiyə prezidenti indiyə qədər üç AST iclasında iştirak edib.
Müəllif: Tural
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)













