Region
Tehranda həyəcan siqnalı səslənir - Qonşu ölkədə nə baş verir?
Tehranın bəzi rayonlarında hava hücumundan müdafiə (HHM) sistemlərinin işini xatırladan səslər eşidilir, lakin hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Son saatlarda paytaxt sakinləri tərəfindən qeydə alınan güclü gurultu ilə bağlı yerli hakimiyyət orqanları hələlik rəsmi açıqlama verməyib. Bu qeyri-müəyyənlik əhali arasında narahatlığa səbəb olub.
Eyni zamanda, "Financial Times" nəşri yazıb ki, İsrail İranın mümkün raket təhdidlərinə qarşı müdafiə qabiliyyətini artırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) öz lazer sistemini göndərib. Bu addım regionda artan gərginliyi və potensial hücumlardan qorunma zərurətini bir daha büruzə verir.
Ekspertlər hesab edirlər ki, hadisələrin gedişatı regionun təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər.
Hüseyn İbadlı
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)













