Region
Polislər genişmiqyaslı əməliyyat keçirdilər: 198 nəfər saxlanıldı
Türkiyənin 16 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyatlar nəticəsində mütəşəkkil cinayətkar qruplaşmalara ağır zərbə endirilib. Nazirlikdən verilən məlumata görə, 16 bölgədə 16 fərqli mütəşəkkil cinayətkar dəstəyə qarşı aparılan əməliyyatlarda hesablarında 3.5 milyard TL (təxminən 131 mln. manat) köçürmələr qeydə alınan 198 şübhəli ələ keçirilib. Rəsmi açıqlamada bildirilir ki, şübhəlilər sosial şəbəkələr vasitəsilə "investisiya məsləhətçiliyi" adı altında vətəndaşları aldadıb, müəssisələrdən təzyiq və hədə-qorxu yolu ilə qanunsuz gəlir əldə etməyə cəhd göstəriblər.
Bundan başqa, saxlanılanların narkotik vasitələrin mütəşəkkil satışı, qeyri-qanuni mərc oyunlarının təşkili və pul köçürmələrinə vasitəçilik, rəsmi sənədlərin saxtalaşdırılması, silah qaçaqmalçılığı və sələmçilik fəaliyyətləri ilə məşğul olduqları müəyyən edilib. Keçirilən əməliyyatlar çərçivəsində 24 daşınmaz əmlak, 16 daşınan əmlak və 1060 bank hesabına müsadirə qərarı tətbiq edilib. Məhkəməyə çıxarılan şübhəlilərdən 105-i həbs olunub, digərlərinin isə hüquqi prosedurlarının davam etdiyi qeyd olunub.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













