Region
Ermənistanda nə baş verir? - Hindistanlı məhbus özünü asdı
Ermənistanda növbəti dəfə məhbus müəmmalı şəkildə intihar edib.
Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb.
"Dünən, 2 may tarixində Ermənistan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Armavir İslah Müəssisəsində növbəti insident baş verib. Saat 19:00 radələrində müəssisənin birinci mərtəbəsindəki 6-cı karantin kamerasında asılmış məhbus meyiti aşkarlanıb", -məqalədə yazılıb.
Ölkənin tanınmış kriminal xəbər saytı olan "Shamshiyan" isə yazıb ki, intihar edən məhbus təsadüf nəticəsində aşkarlanaraq xilas edilib: "Lakin o, ağır vəziyyətdə Vaqarşapat Tibb Mərkəzinə köçürülüb. Ermənistan Respublikası Armavir Regional İstintaq Komissiyasının Vaqarşapat İstintaq İdarəsi cinayət işi açıb".
Saytın məlumatına görə, intihara cəhd edən şəxs Hindistan vətəndaşı olub.
Xatırladaq ki, bu, məhbusların intiharı ilə bağlı ilk hadisə deyil. Ötən il də oxşar hadisə baş vermişdi. Həmin vaxt Artik həbsxanasında asılmış vəziyyətdə tapılan məhbus ölmüşdü. Penitensiar qurumun yaydığı məlumatda intihar edən 1997-ci il təvəlüldlü A.X. adlı şəxs olub. Digər təfərrüatlar verilməyib.
Müəllif: Tural
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













