Region
Türkiyədə DƏHŞƏTLİ QƏZA: - 4 nəfər öldü, çox sayda yaralı var / YENİLƏNDİ
Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda sərnişin avtobusu dərəyə aşıb.
Publika.az xəbər verir ki, ilkin məlumatlara görə, Malatya-Adıyaman yolunda baş verən qəza nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.
Malatya valisi Seddar Yavuz yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparıldığını bildirib.
xxx
21:00
Türkiyənin şərqindəki Malatya vilayətində sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb, nəticədə dörd nəfər həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, qəza Doğanşehir rayonunda, Malatya - Adıyaman magistral yolunda baş verib. Hadisə yerindən çəkilən görüntülərdə avtobusun aşdığı və yolun kənarında böyrüüstə qaldığı görünür. Ərazidə həkimlər, polislər və xilasedicilər fəaliyyət göstərir.
İlkin məlumatlara görə, qəza zamanı ümumilikdə 15 Türkiyə vətəndaşı xəsarət alıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













