Region
ABŞ İranın 14 maddəlik təklifinə CAVAB VERDİ
ABŞ, Vaşinqton və Tehran arasındakı danışıqlarda vasitəçi qismində çıxış edən Pakistana İranın müharibənin dayandırılması ilə bağlı 14 bəndlik təklifinə cavab göndərib.
Publika.az SNN telekanalına istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai məlumat verib.
Diplomat bildirib ki, ABŞ İranın 14 bəndlik təklifinə cavabını Pakistana təqdim edib və İran rəsmiləri hazırda həmin cavabı nəzərdən keçirirlər.
Xatırladaq ki, İran müharibənin nizamlanması üçün ABŞ-a 14 bənddən ibarət plan təqdim etmişdi. Tehranın əsas tələbləri arasında sanksiyaların ləğvi və aktivlərin dondurulmasının dayandırılması, təzminatların ödənilməsi, Amerika qoşunlarının çıxarılması və hücum etməməyə dair zəmanətlərin verilməsi yer alır.
Bundan əvvəl respublika rəhbərliyi danışıqlara qayıtmağa hazır olduğunu ifadə etmişdi. ABŞ prezidenti Donald Tramp isə İranın təkliflərinin məqbul olduğuna şübhə edir və artıq zərbələrin bərpa oluna biləcəyini istisna etməyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













