Region
İranın sülh planı ilə bağlı YENİ DETALLAR - 15 il müddətinə...
İranın vasitəçilər vasitəsilə ABŞ-a təqdim etdiyi təkliflərə uranın zənginləşdirilməsi proqramının 15 il müddətinə dayandırılması ilə bağlı öhdəliklər daxil edilməyib.
Publika.az xəbər verir ki, buu barədə “Fars” agentliyi məlumat yayıb.
Vurğulanıb ki, plan həmçinin Tehran və Vaşinqton arasında nizamlanmaya dair yekun razılaşma əldə olunana qədər Hörmüz boğazının açılmasını nəzərdə tutmayıb.
Bundan əvvəl İran müharibənin nizamlanması üçün ABŞ-a 14 bənddən ibarət plan təqdim etmişdi. Tehranın əsas tələbləri arasında sanksiyaların ləğvi və aktivlərin dondurulmasının dayandırılması, təzminatların ödənilməsi, Amerika qoşunlarının çıxarılması və hücum etməməyə dair zəmanətlərin verilməsi yer alırdı.
İslam Respublikası rəhbərliyi danışıqlara qayıtmağa hazır olduğunu bildirmişdi. Lakin ABŞ prezidenti İranın təkliflərinin məqbul olduğuna şübhə edib və zərbələrin bərpa oluna biləcəyini istisna etməyib. Mayın 3-də İsrailin “Kan” nəşrinə verdiyi müsahibədə Amerika lideri Tehranın Yaxın Şərqdə sülh nizamlanması ilə bağlı təklifinin bütün bəndlərini araşdırdığını və onu qeyri-məqbul hesab etdiyini təkrar edib. Buna baxmayaraq, onun xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqton və Tehranın hələ də danışıqlar apardığını deyib.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













