Region
Vensə separatçılarla bağlı kitab verən Qzoyan işsiz qalıb
Qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Edita Qzoyan məzuniyyətindən dərhal sonra istefa ərizəsi təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, direktor vəzifəsindən qalmaqallı şəkildə çıxarıldıqdan sonra Qzoyan kifayət qədər uzun müddətli məzuniyyətə çıxıb.
Qayıtdıqdan sonra ona tədqiqatçı kimi qalmağı və Muzeydə işləməyi təklif ediblər.
Lakin qəzetin məlumatına görə, Qzoyan qayıtdıqdan dərhal sonra istefa ərizəsi yazmaq qərarına gəlib.
Keçmiş direktor yarımçıq işlərini yekunlaşdırmaq üçün vaxtaşırı Muzeyə baş çəkir. Lakin qəzetin qeyd etdiyi kimi, o, yeni direktor vəzifəsini icra edən Qraçya Taşçyanla əlaqə saxlamır.
Xatırladaq ki, Edita Qzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın təkidi ilə istefa verib. O, jurnalistlərə bildirib ki, bu qərar Qzoyanın 10 fevralda ABŞ vitse-prezidenti Cey Di Vensin səfəri zamanı “artsax”dan bəhs etməsi və ona bu barədə kitab hədiyyə etməsi ilə bağlıdır. Baş nazirin sözlərinə görə, bu hərəkətlər Ermənistanın xarici siyasətinə ziddir.
ABŞ-ın vitse-prezidentinə separatçılarla bağlı kitab verən Qzoyan işsiz qalıb
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













