Region
Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
Tehranın Əndişə rayonunda yerləşən "Arqavan" ticarət mərkəzində yanğın baş verib.
Publika.az xəbər berir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, binanın kompozit üzlüklü olması səbəbindən alov ticarət mərkəzinin gövdəsi boyu sürətlə yayılıb. Çoxmərtəbəli binadan yüksələn tüstü paytaxtın qərb rayonlarından və Tehranın peyk-şəhəri olan Kərəcdən də müşahidə edilib. Ticarət mərkəzindəki ziyarətçilər və işçilər təxliyə olunublar.
Yanğını lokallaşdırmaq mümkün olub, hazırda hadisə yerində Əndişənin üç yanğınsöndürmə briqadası və Şəhriyar dairəsinin xilasediciləri işləyir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
"Mehr" agentliyinin məlumatına görə, Qırmızı Aypara Cəmiyyətinin doqquz komandası yanğın nəticəsində itkin düşənlərin axtarışı ilə məşğuldur. Həmçinin bildirilir ki, dairə prokuroru Mehdi Məhəmmədi binanın inşaatçısının həbsi barədə order verib.
Son məlumata görə, on nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













