Region
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm yaratdı - Yalnız bundan sonra...
İran Hörmüz boğazı vasitəsilə gəmilərin tranziti üçün yeni mexanizm tətbiq edir.
Publika.az xəbər verir ki, bu barədə ”Press“ TV məlumat yayıb.
Qeyd olunub ki, gəmilərə İranın Fars Körfəzi Administrasiyası (PGSA) tərəfindən tranzit qaydaları haqqında məlumatın yer aldığı elektron məktub göndəriləcək. Bundan sonra gəmilər fəaliyyət planı təqdim etməlidirlər və yalnız bundan sonra keçid üçün icazə ala biləcəklər.
Ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti son vaxtlar ticarət gəmilərinin Hörmüz boğazından keçmədiyini bəyan edib. Bundan əvvəl isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ölkəyə məxsus iki ticarət gəmisinin Hörmüz boğazını keçdiyini bildirmişdi.
Həmçinin ABŞ pezidenti İranla müharibə fonunda blokadaya düşən gəmilərin Hörmüz boğazından çıxarılmasına yönəlmiş "Azadlıq layihəsi" əməliyyatının başladığını elan edib. Təşəbbüs gərginlik zonasında qalan üçüncü ölkələrin gəmiləri üçün təhlükəsiz keçidi təmin etmək məqsədi daşıyır. Vaşinqton əməliyyatın humanitar xarakter daşıdığını vurğulasa da, onun həyata keçirilməsinə mane olmaq cəhdləri ediləcəyi təqdirdə güc tətbiqini istisna etmir.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













