Region
Paşinyanın İrana səfəri niyə baş tutmur?
Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərinin tarixi hələ müəyyən edilməyib.
Publika.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami " İrəvan Dialoqu" beynəlxalq konfransında "Sputnik Armenia"ya verdiyi müsahibədə bildirib.
Səfər zamanı İrəvan və Tehran arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq.
Fevral ayında Ermənistan və İranın strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalamağı planlaşdırdığı bildirilmişdi.
"Ümumi səfər ideyası səsləndirildi, lakin sonra İrana qarşı müharibə də daxil olmaqla bir sıra hadisələr baş verdi və ölkə tamamilə təcavüzə qarşı mübarizəyə yönəldi. Nəticədə bəzi layihələr təxirə salınmalı oldu, gözləməliyik", - deyə diplomat bildirib.
Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammiti fonunda o, İrəvanın potensialından və mövcud imkanlarından istifadə edərək müxtəlif geosiyasi aktorlarla balanslı tərəfdaşlıq münasibətlərini qoruyub saxlaya biləcəyinə ümid etdiyini bildirib:
"Regiondakı bütün oyunçuların maraqlarının və narahatlıqlarının nəzərə alınması vacibdir".
İranlı diplomat regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.
Müəllif: Tural
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













