Region
Ermənistan bu ölkəni 44 günlük müharibəyə görə günahlandırdı: Onlar Azərbaycanla...
Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi Minskə qarşı ağır ittihamlar səsləndirib.
Publika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, spiker Belarusu 44 günlük müharibədə Azərbaycana birbaşa kömək etməkdə günahlandırıb.
Jurnalistlərə açıqlama verən Simonyan Belarusun Ermənistana qarşı "notası"na kəskin reaksiya verib. O bildirib ki, Minsk İrəvana hörmətsizlik edir: "Münasibətlərin pisləşməsinin səbəbi Belarusun Azərbaycanla birlikdə 44 günlük müharibəyə hazırlaşması və digər qaranlıq məqamlardır".
Simonyan həmçinin Belarusun idarəçilik modelini hədəf alıb. O, Ermənistanın müstəqilliyini qoruyacağını və heç bir ölkənin siyasi asılılığına düşməyəcəyini vurğulayıb: “Biz demokratik yol seçmişik. Belarusun idarəetmə nümunəsi həm mənim, həm də ölkəm üçün qəbulolunmazdır. Biz quberniyaya çevrilməyəcəyik!”
Sualların kəskinliyindən əsəbiləşən spiker, diplomatik etikadan uzaq çıxışlarına belə bəraət qazandırıb: "Xarakterim belədir. Parlamentdəyəm, diplomatlar kimi sözlərimi seçmək məcburiyyətində deyiləm".
O, Belarusdan gələn etiraz notası barədə isə yalnız mediadan məlumatı olduğunu deyərək mövzunu qapatmağa çalışıb.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













