Region
28 səhifəlik məxfi sənədlə bağlı qalmaqal - Paşinyanın siyasəti Azərbaycana uyğunlaşdırılır?
Avropa İttifaqının Ermənistana göndərdiyi “hibrid təhdidlərə qarşı mübarizə qrupu” ilə bağlı ciddi iddialar səsləndirilib.
Publika.az xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın vəkili, Robert Amsterdam mayın 6-da jurnalistlərlə görüşündə danışıb.
Onun sözlərinə görə, sözügedən qrupun fəaliyyəti ilə bağlı 28 səhifəlik məxfi sənəd mövcuddur və bu sənəd ictimaiyyətə açıqlanmır. Amsterdam iddia edib ki, həmin sənədə əsasən, yalnız Ermənistan hökuməti bu “ekspertlərə” hansı məzmunun bloklanacağını müəyyən etmək üçün göstəriş verə bilər.
“Bu, demokratiya deyil, seçkilərə açıq müdaxilədir. Biz artıq Avropa İttifaqının Ermənistandakı yanlış siyasətini pisləyən sənədi dərc etmişik”, - deyə o bildirib.
Vəkil Avropa rəsmilərinin davranışını “utancverici” adlandıraraq, bunu insan hüquqlarından uzaqlaşma kimi qiymətləndirib. Onun fikrincə, Avropa İttifaqı Ermənistana belə bir missiya göndərmək və milyonlarla avro vəsait ayırmaq üçün əsaslara malik deyil.
Amsterdam iddia edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan siyasi rəqiblərini gözdən salmaq üçün onları müxtəlif sistemlərin tərkib hissəsi kimi təqdim edir və bu yolla Qərbdən maliyyə dəstəyi almağa çalışır.
O, həmçinin bildirib ki, seçkilər ərəfəsində Azərbaycan və digər ölkələrin proseslərə cəlb edilməsi ilə bağlı iddialar səslənsə də, əsas təhlükə Paşinyanın “avtoritar siyasəti” ilə bağlıdır.
“Qərbdə də yaxşı bilirlər ki, o, insan hüquqlarını qorumaqda acizdir”, - deyə vəkil əlavə edib.
Amsterdam qarşıdan gələn seçkilərin Ermənistan üçün “ekzistensial əhəmiyyət” daşıdığını vurğulayaraq, Paşinyanın cəmiyyətdə qorxu mühiti yaratmağa çalışdığını iddia edib. Onun sözlərinə görə, aşağı seçici fəallığı hakimiyyətin yenidən formalaşmasına xidmət edə bilər.
Vəkil seçiciləri Samvel Karapetyana səs verməyə çağıraraq bildirib ki, o, Ermənistanın maraqlarını qorumağa qadirdir. O, həmçinin Avropa nümayəndələrinin iştirak etdiyi görüşlərdə Ermənistanın problemlərinin - əsirlər və dini abidələrlə bağlı məsələlərin - gündəmə gətirilmədiyini qeyd edib.
Sonda Amsterdam bildirib ki, Paşinyanın irəli sürdüyü “real Ermənistan” konsepsiyası ölkənin əsaslarının Azərbaycanın maraqlarına uyğunlaşdırılması kimi qiymətləndirilə bilər. Onun fikrincə, Samvel Karapetyan daha balanslı xarici siyasət yürütmək imkanına malikdir.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


