Region
Müctəba Xameneidən yeni xəbər - Sui-qəsd təşkil etmək istəyirlər
İranın ali rəhbəri Müctəba Xameneinin fevral ayında baş vermiş hava hücumu zamanı aldığı xəsarətlər demək olar ki, tamamilə sağalıb.
Publika.az xəbər verir ki, bu barədə ali rəhbərin dəftərxanasının protokol xidmətinin rəhbəri Məzahir Hüseyniyə istinadla "Al Araby" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, 28 fevral hücumu zamanı Xameneyi partlayış dalğası nəticəsində yıxılaraq diz və bel nahiyəsindən xəsarət alıb, həmçinin qulağının arxasında kiçik kəsik yaranıb. Həmçinin bildirilib ki, bel nahiyəsindəki zədə sağalıb, dizinin isə tezliklə bərpa olunacağı gözlənilir.
Hüseyni ali rəhbərin hazırda tam sağlam olduğunu vurğulayıb. İran rəsmisi Müctəba Xameneinin səhhəti ilə bağlı narahatlıq üçün heç bir səbəbin olmadığını qeyd edərək əlavə edib ki, düşmən qüvvələr sui-qəsd təşkil etmək məqsədilə onun haqqında sənədlər və ya məlumatlar əldə etməyə çalışırlar.
Mayın 9-da CNN ABŞ kəşfiyyatının məlumatlarına istinaddla yazıb ki, İranın ali rəhbəri İslam Respublikasına endirilən zərbələr nəticəsində aldığı yaralara baxmayaraq, hərbi strategiyanın formalaşdırılmasında mühüm rol oynamağa davam edir. Hesabatlara görə, Xameneyinin Tehranın müharibənin dayandırılması ilə bağlı Vaşinqtonla apardığı danışıqlara rəhbərlik etməyə kömək etdiyi ehtimal olunur.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






















.jpg)



.jpg)












