Region
Tsarukyan baş nazir olmaq istəmir: Amma Paşinyanın yerinə 4 namizədi var
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan baş nazir olmaq istəmədiyini, lakin partiya lideri vəzifəsinə namizədliyini irəli sürə biləcəyini bildirib.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı Razdan sakinləri ilə görüşündə verib.
"Tsarukyan baş nazir olmaq istəmir. Mən sizə söz verirəm. Deyə bilərəm ki, partiyamdan özüm baş nazir olacağam: çünki onu mən yaratdım, uğur qazandım, mən bu torpağın və suyun adamıyam. Amma lazımsız söhbətlərdən qaçmaq üçün belə bir məqsədimin olmadığını bəyan edirəm", - deyə o qeyd edib.
Onun sözlərinə görə, partiyanın baş nazir vəzifəsinə təcrübəsi, əlaqələri olan və artıq nəticə nümayiş etdirən dörd potensial namizədi var.
"Təcrübəsi, hazırlığı, əlaqələri və nəticələri olan dörd baş nazir namizədi var. Əgər biz bu mərhələyə çatsaq, mən onların hamısını təqdim edəcəyəm və xalq öz fikrini bildirəcək", - Tsarukyan deyib.
O, həmçinin ölkə rəhbəri vəzifəsinin təcrübəli və məsuliyyətli bir şəxsə həvalə edilməli olduğunu vurğulayıb.
"Xalq qarşısında hesabat verən məmurun səhv etmək hüququ yoxdur. Xalqın təcrübəyə məruz qalmamasını təmin etmək üçün təcrübəli birinə ehtiyacımız var", - deyə o bildirib.
Müəllif: Tural
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO

































