Region
Sərhədlər açılır: Ermənistan bazarını bu türk qardaşlar nəzarətə götürəcək
Türkiyə Ermənistanda keçiriləcək 7 iyun parlament seçkilərinə qədər sərhədləri açmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşrin iddiasına görə, sərhədlər iki il ərzində üçüncü ölkə vətəndaşları üçün açıla bilər: “Bununla yanaşı, digər addımlar da nəzərdən keçirilir. Məsələn, Ermənistan bazarına hansı türk məhsullarının çıxarılması araşdırılır. Bu araşdırmalar təkcə kənardan monitorinqlər əsasında aparılmır, eyni zamanda, səfərlər edərək vəziyəti yerində öyrənirlər”.
Nəşr iddia edir ki, Türkiyə mənbələrində Ermənistan bazarında işləyəcək iş adamlarının adları da yayılıb.
“Sərhədlər açıldıqdan sonra Ermənistan bazarını türk malları ilə doldurmaq vəzifəsi İğdırda yaşayan üç qardaşa həvalə olunub, onların soyadı Bahardır. Qardaşlardan biri olan Osman Bahar Qərbi Anadolu Şirkətlər Təşkilatına daxil olan ixracatçılardandır. Qardaşların Naxçıvan, İğdır, Rizə və Sakaryada şirkətləri var. Onlar qida, məişət, tikinti materialları və kənd təsərrüfatı məhsulları istehsal edirlər. Əldə etdiyimiz məlumata görə, üç qardaş artıq bir neçə dəfə İrəvana səfər edib, müəyyən dairələrlə görüşüb və riskləri dəyərləndiriblər. Artıq bəzi malları “Argo Group” MMC vasitəsilə Ermənistan bazarına çıxardıqları haqda məlumatlar var”, - nəşrin iddiasında deyilir.
Bu iddianın reallığa nə qədər yaxın olduğu şübhəlidir. Çünki Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsini Azərbaycanla yekun sülh müqaviləsindən sonraya saxlayıb. Hətta bəzi türkiyəli diplomatlar Ankara-İrəvan danışıqlarında Bakı faktorunu kənarlaşdırmaq və sərhədlərin açılmasını sürətləndirmək istəsə belə, Türkiyə rəhbərliyinin mövqeyi dəyişməyib. Fransa prezidenti Emmanuel Makronun Türkiyə-Ermənistan quru sərhədindən keçmək istəyinə prezident Rəcəb Tayyib Ərdoğanın qarşı çıxması da bunu deməyə əsas verib. Hərçənd, Türkiyədə Ermənistanla sərhədlərin qısa müddətdə açılması mövqeyindən çıxış edənlər də istisna deyil. Bununla yanaşı, türkiyəli iş adamlarının Ermənistan bazarını araşdırması normal haldır. Ankara-İrəvan xəttində normallaşma prosesi iqtisadi əlaqələrin inkişafını da şərtləndirir və yaxın perspektivdə Ermənistan türkiyəli ixracatçılar üçün yeni bazar olacaq.
Müəllif: Asif
-
ABŞ01:40ABŞ hərbçisi həlak oldu - Pentaqon açıqlama yaydı
-
Qoroskop01:20Günün ulduz falı: Risk almaqdan qorxmayın!
-
İdman00:27DÇ-2026: Bağlanış mərasimində ulduzlar keçidi - Foto
-
Səhiyyə19 İyul 22:16Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
-
Sosial19 İyul 18:48FHN çimərliklərə gedənlərə xəbərdarlıq etdi
-
Hadisə19 İyul 17:36Bakıda qadın mağazada vəhşicəsinə döyüldü - VİDEO
-
Digər19 İyul 17:23ABŞ-ın nüvə çətirinə güvənirdilər - İndi nüvə dövləti olmaq istəyirlər
-
Yaxın Şərq19 İyul 17:08İran itkiləri açıqladı: 50-dən çox insan ölüb, 517 nəfər yaralanıb













.jpg)

.jpg)





















